Qazaxıstanda iğtişaşlar zamanı ölənlərin sayı bəlli oldu
Qazaxıstanda iğtişaşlar zamanı ölənlərin sayı 164-ə çatıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin məlumat yayıb.
Məlumata görə, yanvar ayında Qazaxıstanda iğtişaşlar başlayandan indiyədək Almatı şəhərində 103, Qızılorda vilayətində 21, Cambil vilayətində 10, Almatı vilayətində 8 nəfər ölüb.
Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin ilk günlərində başlayıb. Daha sonra ölkənin qərbindəki Janaozen və Aktau şəhərlərinin sakinləri maye qazın qiymətinin iki dəfə artırılmasına qarşı çıxıblar, sonra etirazlar digər şəhərlərə də yayılıb. Yanvarın 4-ü və 5-də Almatıda təhlükəsizlik qüvvələri ilə toqquşma baş verib, polis gözyaşardıcı qaz və qumbaralardan istifadə edib. Qazaxıstanda internet kəsilib, bir sıra telekanalların yayımı müvəqqəti dayandırılıb. Yanvarın 19-dək bütün ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Yanvarın 5-də prezident Kasım-Jomart Tokayev hökuməti istefaya göndərib və respublikanın Təhlükəsizlik Şurasına rəhbərlik edib. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Tokayevin müraciəti ilə əlaqədar Qazaxıstana sülhməramlı qüvvələrin göndərilməsi barədə qərar qəbul edib.
Yanvarın 10-da bütün ölkə ərazisində matəm elan edilib.
Oxşar xəbərlər
Almatı hava limanı yanvarın 10-dək işləməyəcək
Qazaxıstanın Almatı hava limanı yanvarın 10-dək işləməyəcək. BAKU.WS "report"a istinadən xəbər verir ki, bu barədə “Xəbər-24” telekanalı aviaşirkətin mətbuat xi...