Qazaxıstanın yeni prezidentindən ilk fərman: Paytaxtın adı dəyişdirilsin!
20
mar
2019
12:37
Kasım-Jomart Tokayev parlament palatalarının birgə iclası zamanı Qazaxıstan xalqı qarşısında and içib və bununla da Prezident vəzifələrinin icrasına başlayıb.BAKU.WS Rusiya KİV-nə istinadən xəbər verir ki, onun dövlət başçısı kimi ilk verdiyi fərman paytaxtın adının dəyişdirilməsi olub.Kasım-Jomart Tokayev deyib ki, ölkənin paytaxtı Astananın adı dəyişdirilməlidir və Nursultan Nazarbayevin adını daşımalıdır.Həmçinin o, bildirib ki, Qazaxıstanda bütün mərkəzi küçələrə birinci prezidentin adı vertilməlidir. Xatırladaq ki, dünən Qazaxıstan Prezidenti Nursultan Nazarbayev istefa verdiyini və qalan müddətə səlahiyyətlərini Senatın (yuxarı palatası) sədri Kasım-Jomart Tokayevə verdiyini açıqlayıb.Qazaxıstanda seçkilər 2020-ci ilə planlaşdırılır.Zülfiyyə QurbanovaBAKU.WS
Oxşar xəbərlər
Nazarbayev istefa verməzdən əvvəl Putinlə söhbətləşib - VİDEO
Qazaxıstan lideri Nursultan Nazarbayev istefa qərarını xalqa açıqlamazdan əvvəl Rusiya prezidenti Vladimir Putinlə söhbətləşib.BAKU.WS Rusiya KİV-nə istinadən x...