Putinə 35 milyonluq yaxta hədiyyə ediblər

Putinə 35 milyonluq yaxta hədiyyə ediblər
Siyasət 1262

Rus milyarder Roman Abramoviç Rusiya prezidenti Vladimir Putinə bahalı hədiyyə edib. BAKU.WS-in məlumatına görə, milyarderin Rusiya başçısına 2002-ci ildə yaxta hədiyyə etdiyi ortaya çıxıb. Mütəxəssislərin hesablamalarına görə, yaxtanın qiyməti 35 milyon dollardır. Yaxtanın uzunluğu isə 57 metrdir. Qeyd edək ki, rus milyarder Roman Abromoviç həmişə gündəmə əliaçıqlığı ilə gəlir. Sonuncu dəfə o, velosiped turu üçün gəldiyi körpüdə gəminin lövbərinin ipini tutan ofisianta 2 min dollar pul vermişdi. Abramoviç Londonun "Çelsi" futbol klubunun sahibidir.   Ziya Babayev

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər