Türkiyədə rus biznesmenə məxsus 6 milyonluq yaxta yandı (VİDEO)
Türkiyədə rusiyalı biznesmenə aid olan super-yaxta yanıb.
BAKU.WS məlumat verir ki, bu barədə məlumatı "The Daily Mail" yayıb. Məlumatda qeyd olunur ki, 27 metrlik "Queen Anna" yaxtasında yanğın yanvar ayının 21-də Fethiye kurortunun limanında güclü yağış zamanı baş verib. Alovun yaxınlıqdakı yaxtalara və gəmilərə keçməsinin qarşısını almaq üçün yaxtanı təhlükəsiz məasafəyə çəkiblər. Buna baxmayaraq yaxınlıqdakı iki yaxtaya zərər dəyib.
Yanğın nəticəsində yaxtanın kapitanı Vladimir Lopata xəsarət alıb. O, nəfəs yollarının zədələnməsi ilə xəstəxanaya yatırılıb. Yanğının baş verməsi ilə bağlı araşdırma aparılır.
Dəyəri 4 milyon funt sterlinq (5,7 milyon dollar) "Queen Anna" yaxtası 2009-cu ildə inşa edilib. Yaxtada səkkiz VİP sərnişin yerləşə bilirdi. Yaxtanın sahibnin rusiyalı biznesmen olduğu bildirilir.
BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyev faciəyə görə Putinə başsağlığı verdi
Prezident İlham Əliyev Rusiya Federasiyasının prezidenti Vladimir Putinə başsağlığı verib. BAKU.WS-in məlumatına görə, başsağlığı məktubunda deyilir: "Hörmə...