Ermənilərdən Putinə yaltaqlıq dərsi

Ermənilərdən Putinə yaltaqlıq dərsi
Siyasət 1989

Ermənilər hər fürsətdə Rusiya prezidenti Vladimir Putinə sadiq olduqlarını gəstərməyə çalışırlar. Çox vaxt  bu cəhdlər yaltaqlığın ən pik həddilə müşayiət olunur. 

BAKU.WS-in məlumatına görə, ermənilər Putinə xoş gəlmək üçün Su-24 təyyarəsilə bağlı insidentdən maksimum yararlanmaq qərarına gəliblər. Türkiyənin hava məkanını pozmuş Su-24 təyyarəsini vurmasından sonra Putinin qarşı tərəfi cəzalandırmaq addımlarına ermənilər də öz töhfələrini vermək üçün dəridən-qabıqdan çıxırlar. Ermənistanın "Pünik” və "Banants” kimi futbol klubları Rusiyaya dəstək məqsədilə Türkiyədə keçirilməsi nəzərdə tutulan təlim-məşq toplanışlarını ləğv ediblər. "Banants” klubunun saytında Rusiya ilə Türkiyə münasibətlərin belə gərgin olduğu dövrdə Türkiyəyə getməməyin qərara alındığı bildirilib. Erməni klubları əks təqdirdə bunun Rusiyaya xəyanət kimi qiymətləndiriləcəyindən çəkinirlər. 

Buna qədər isə Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələrin mövcud olmamasına baxmayaraq erməni klubları ildə ən azı iki dəfə qardaş ölkənin kurort şəhərlərinə təlim-məşq toplanışı təşkil edirdilər. 

Qeyd edək ki, Rusiya ilə Türkiyə münasibətlərinin pisləşməsindən sonra Moskvanın "Spartak” və "Lokomotiv”, eləcə də Mahaçqalanın "Anji” klubları Türkiyəyə təlim-məşq toplanışını ləğv etmişdilər.  

Azad Əliyev

BAKU.WS

Oxşar xəbərlər

Rusiya KİV: Türk ordusu Qarabağa girməyə hazırlaşır

Rusiya KİV: Türk ordusu Qarabağa girməyə hazırlaşır

Rusiya ilə Türkiyə arasında Su-24 təyyarəsinin vurulmasından sonra yaranan münaqişə yeni çalarlar almağa başlayıb. BAKU.WS-in məlumatına görə, artıq Kommersan...

8279 Siyasət 10:41 28 noyabr 2015

Son xəbərlər