Prezidentdən AZAL-a yeni təyinat
01
okt
2015
16:01
Azərbaycan prezidenti İlham Əliyevin sərəncamıyla Eldar Hacıyev "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) vitse-prezidenti təyin edilib.
Bu vəzifəyə təyinata qədər o, "Silk Way" şirkətinin vitse-prezidenti vəzifəsində çalışıb. Hazırda E.Hacıyev həmçinin Qapalı Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan AZAL-ın sərnişin aviaşirkətinin icraçı direktoru vəzifəsini daşıyır.
Mülki aviasiya sahəsində böyük təcrübəyə malik olan E.Hacıyev 1984-cü ildən bu sahədə çalışır.
BAKU.WS
Oxşar xəbərlər
AZAL-dan daha bir xoş xəbər: əl yükünün icazə verilən çəkisi artırılıb
"Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) bütün reyslərində əl yükünün icazə verilən çəkisini artırıb. AZAL-ın mətbuat xidmətindən BAKU.WS-ə ve...