Pezeşkian: İrəvan və Bakı arasında sülh sazişi regionda təhlükəsizliyi möhkəmləndirəcək
İran Prezidenti Məsud Pezeşkian Ermənistan və Azərbaycan arasında sülh prosesində irəliləyişdən məmnunluğunu ifadə edərək, bunu təhlükəsizliyin möhkəmləndirilməsi və regional əməkdaşlığın inkişafı üçün müsbət addım adlandırıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Pezeşkian bu barədə Tehranda Ermənistanın müdafiə naziri Suren Papikyanla görüş zamanı bildirib.
"Biz xalqların sülh, qarşılıqlı hörmət və dinc şəraitdə yan-yana yaşadıqları bir dünya qurmaq üçün konstruktiv qarşılıqlı əlaqə yolu ilə hərəkət etməliyik", - Pezeşkian deyib.
Pezeşkian həmçinin qeyd edib ki, İran qonşu ölkələrlə, xüsusilə də Ermənistanla hərtərəfli əlaqələri genişləndirməyə və dərinləşdirməyə hazırdır. O, Tehran və İrəvan arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında sənəd üzərində işin tamamlanmasına hazır olduğunu bildirib.
O vurğulayıb ki, İranın siyasəti regionda sülhün, sabitliyin və dayanıqlı təhlükəsizliyin dəstəklənməsindən ibarətdir və hər hansı sabitliyi pozan hərəkətlər bütün region dövlətlərinə zərər verir.
Öz növbəsində Suren Papikyan müdafiə, iqtisadiyyat və nəqliyyat sahələrində uğurlu əməkdaşlığı qeyd edib və qonşu İranla tərəfdaşlığın strateji əhəmiyyətini vurğulayıb.
Oxşar xəbərlər
PA-nın mart ayı üzrə vətəndaş qəbulu cədvəli açıqlanıb
Azərbaycan Prezidenti Administrasiyasının (PA) Vətəndaş Qəbulu Mərkəzində 2026-cı ilin mart ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb. BAKU.WS cədvəli təqd...