Pentaqon Qəzzada xəstəxanaya hücumu şərh edib
ABŞ Qəzzada Fələstinin radikal HƏMAS hərəkatına qarşı əməliyyatlar apararkən İsraili müharibə qanunlarına əməl etməyə çağırır.
“Report” xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsünün müavini Sabrina Sinq deyib.
Onun sözlərinə görə, Pentaqonun rəhbəri Lloyd Ostin hazırda İsrailin müdafiə nazirinin rəhbəri Yoav Qalantla daimi təmasdadır.
“Beləliklə, nazir vurğulayır ki, bu münaqişədə müharibə qanununa hörmət edilməlidir. Qəzzada bir xəstəxanaya zərbə endirilməsi ilə bağlı məlumatlardan xəbərdaram, lakin vəziyyəti şərh etmək üçün hələ kifayət qədər məlumata malik deyiləm”.
İsrail Müdafiə Nazirliyi bildirib ki, Qəzzada xəstəxanın vurulmasına görə məsuliyyəti “İslami Cihad” qruplaşması daşıyır.
Oxşar xəbərlər
İsrail Müdafiə Nazirliyi: “Qəzzada xəstəxanın vurulmasına görə məsuliyyəti “İslami Cihad” qruplaşması daşıyır”
Qəzza xəstəxanasında baş verən güclü partlayış Fələstin anklavından uğursuz raket buraxılışının nəticəsidir və buna görə “İslami Cihad” qruplaşması məsuliyyət d...