İsrail Müdafiə Nazirliyi: “Qəzzada xəstəxanın vurulmasına görə məsuliyyəti “İslami Cihad” qruplaşması daşıyır”

İsrail Müdafiə Nazirliyi: “Qəzzada xəstəxanın vurulmasına görə məsuliyyəti “İslami Cihad” qruplaşması daşıyır”
Siyasət 1

Qəzza xəstəxanasında baş verən güclü partlayış Fələstin anklavından uğursuz raket buraxılışının nəticəsidir və buna görə “İslami Cihad” qruplaşması məsuliyyət daşıyır.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.

“Müxtəlif mənbələrdən əldə etdiyimiz kəşfiyyat məlumatları göstərir ki, “İslami Cihad” qruplaşması Qəzzada uğursuz raket atışı səbəbindən xəstəxananın vurulmasına görə məsuliyyət daşıyır”, - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, Qəzzadakı baptist xəstəxanısına raket zərbəsi nəticəsində 500 nəfərin öldüyü bildirilir. Bir çox müsəlman ölkələrinin rəsmiləri və ictimaiyyəti baş verənlərdə İsraili günahlandırırlar. Hazırda həmin ölkələrdə anti-İsrail nümayişləri keçirilir.

Mənbə: TASS

Son xəbərlər