Paşinyan Putini Fransanın prezidenti adlandırdı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın Baş naziri Nikol Paşinyan yenə özünü biabır edib. Belə ki, o, Parlamentdə Qarabağ münaqişəsi barədə danışarkən Rusiyanın dövlət başçısı Vladimir Putini Fransa prezidenti adlandırıb.
Paşinyan çıxışı zamanı 2020-ci ilin payızında Qarabağda atəşkəsə dair razılaşmaların təfərrüatlarına toxunarkən belə deyib:
“ABŞ Prezidenti Donald Tramp, Fransa Prezidenti Emmanuel Makron və Fransa Prezidenti Vladimir Putinin oktyabrın 1-də verdiyi açıqlamaya uyğun olaraq... "
Yenidən gülüş hədəfinə çevrilən Ermənistanın Baş nazirinin bu çıxışının görüntüləri sosial şəbəkələrdə virus sürəti ilə yayılıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev xalqa müraciət edib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. BAKU.WS müraciəti təqdim edir. Prezident İlham Əliyevin xalqa müraciəti - Əziz həmvətənl...