Rassel Krou "Qladiator 2"dən danışdı: "Bu başqa bir filmdir, başa düşürsünüzmü?"

Aktyor Rassel Krou "Qladiator 2" filmi və ona münasibəti haqqında danışıb.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, aktyordan Ridli Skottun filminə davamın çıxarılması ideyasına necə baxdığı soruşulub.
Krounun sözlərinə görə, o, franşizanın davamının çəkilməsi səbəbindən bir növ narahatlıq hissi keçirir:
"Bu, Maksimus Desim Meridius obrazının orijinalda öldüyü ilə bağlıdır. Mənim üçün bir az narahatedicidir ki, onlar başqa bir film çəkiblər, başa düşürsünüzmü? Çünki, əlbəttə, mən ölmüşəm. Nə edəcəkləri barədə mənim söz haqqım yoxdur. Mən heç nə dəyişə bilməzdim, çünki dərin torpağın altındayam".
2023-cü ildə olduğu kimi, Krou yenə də "Qladiator 2"də çəkilməməsi səbəbindən bir qədər qısqanclıq hissi keçirdiyini etiraf edib.
"Qladiator 2"nin premyerası 22 noyabr 2024-cü ildə olacaq. Davamın hadisələri orijinal filmin süjetindən 25 il sonra cərəyan edəcək.
Oxşar xəbərlər
Rassel Krou hər iki ayağı sındığı halda filmə çəkilməyə davam edib - FOTO
"Qladiator" filminin ulduzu Rassel Krounun həqiqi bir döyüşçü olduğu ortaya çıxıb. BAKU.WS xəbər verir ki, aktyor 2010-cu ildə çəkildiyi "Robin Hood" filmi zam...
