Rassel Krou hər iki ayağı sındığı halda filmə çəkilməyə davam edib - FOTO

Rassel Krou hər iki ayağı sındığı halda filmə çəkilməyə davam edib - FOTO
Siyasət 274

"Qladiator" filminin ulduzu Rassel Krounun həqiqi bir döyüşçü olduğu ortaya çıxıb.

BAKU.WS xəbər verir ki, aktyor 2010-cu ildə çəkildiyi "Robin Hood" filmi zamanı hər iki ayağının sümüyü sınıb.

O yaralanmağına baxmayaraq filmdə çəkilməyə davam edib.

59 yaşlı "Oscar"lı aktyor həmin vaxt yaşadığı qəzanı belə xatırlayıb:

"Qaya kimi sərt qala qapısı üzərindən atlandım. Çəkilişi tez bitimək üçün təhlükəsizlik tədbirlərini biraz gözardı etdik. Ətrafımda yüzlərlə uçan ox olduğu halda geri çəkilmək asan deyildi. Həmin vaxt atlananda canım ağrayacaq deyə düşündüm".

Aktyor çəkiliş zamanı çox sərt formada hər iki topuğu üzərində düşüb. Dəhşətli ağrılar hiss etsə də o filmə çəkilməyə davam edib.

"Yeriyə belə bilmirdim. Bir həftə ağrılarım davam etdi. Daha sonra rentgen etdirəndə ayağımda çoxsaylı qırıqlar olduğu ortaya çıxdı" - deyə, Krou qeyd edib.

Son xəbərlər