"Qladiator" 23 ildən sonra QAYIDIR, Ridli Skott anons etdi - FOTO

Böyük Britaniyalı rejissor Ridli Skotun çəkdiyi "Qladiator" filmi yenidən ekranlara qayıdır.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, 5 "Oskar"a layiq görülən ekran işi 23 il sonra yenidən tamaşaçıların qarşısına çıxarılacaq.
Hazırda 85 yaşlı rejissor Ridlinin aktyor heyətini toplamaq üçün danışıqlara başladığı bildirilir.
Skott müsahibələrindən birində Napoleon Bonapartdan bəhs edən filmi yekunlaşdıran kimi "Qladiator"a başlayacağını bəyan etmişdi.
Bu dəfəki "Qladiator"da ötən ekran işində rol alan aktyor Rassel Krounun çəkilib-çəkilməyəcəyi isə hələ ki sual altındadır.
Qalereya
Oxşar xəbərlər
94-cü Oskar qalibləri - SİYAHI
Ötən gün ABŞ-ın Los-Anceles şəhərində 94-cü Oskar mükafatlandırma mərasimi keçirilib və ümumilikdə 23 nominasiya üzrə qalib müəyyənləşib. BAKU.WS xəbər verir ki...
