Azərbaycanın U-20 millisi yoxlama oyununda Yaponiyaya qalib gəlib
Yeniliklərdən dərhal xəbərdar olun
Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoxlama oyununda Yaponiyanın U-20 millisi ilə üz-üzə gəlib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan qarşılaşmanın əsas vaxtı qolsuz bərabərliklə yekunlaşıb.
Qalibi müəyyənləşdirmək üçün əlavə vaxt oynanılmadan birbaşa penaltilər seriyasına keçid olunub.
Burada daha dəqiq oynayan (5:4) Ruy Jorjenin baş məşqçisi olduğu kollektiv qələbə qazanan tərəf olub.
Qeyd edək ki, Azərbaycanın U-20 komandası ilk yoxlama matçında Moldovaya 0:1 hesabı ilə uduzub.
Oxşar xəbərlər
"Qalatasaray" bu gün "Aston Villa"nı qəbul edəcək
UEFA Çempionlar Liqasının əsas mərhələsində V tura bu gün start veriləcək. BAKU.WS xəbər verir ki, ilk oyun günündə doqquz qarşılaşma keçiriləcək. Türkiyə təmsi...