"Qladiator 2"nin çəkilişləri bitdi - FOTO

Qladiator 2nin çəkilişləri bitdi - FOTO
Siyasət 283

23 il sonra yenidən ekranlara gələcək "Qladiator 2" filminin çəkilişləri yekunlaşıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə filmin baş rol ifaçısı Pol Meskal paylaşım edib.

O ekran işinin məşhur rejissoru Ridli Skotla fotosunu paylaşaraq ingilis dilində "Son" sözünü yazıb.

"Qladiator 2"də Polla yanaşı, Denzel Vaşinqton, Cozef Kuin, Fred Heinqer və Pedro Paskal kimi aktyorlar da yer alacaqlar.

Qeyd edək ki, "Qladiator" "Internet Movie Database"də (IMDb) 250 film arasında 36-cı yerdə qərarlaşıb.

2000-ci illərin uğurlu ekran işlərindən olan "Qladiator" "Oscar"da daxil olmaqla 5 mükafat qazanıb.

Son xəbərlər