Neftçalada avtomobil yolunun tikintisinə 18,2 milyon manat ayrılıb

13
dek
2018
18:43
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 13-də “Neftçala rayonunun Neftçala-Xol Qaraqaşlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.BAKU.WS xəbər verir ki, qırx dörd min nəfər əhalinin yaşadığı 19 yaşayış məntəqəsini birləşdirən Neftçala-Xol Qaraqaşlı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 18,2 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyev Qusarda yol tikintisinə 6,6 milyon manat ayırdı
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 15-də "Qusar rayonunun Qusar-Əniq-Laza avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb....
