Misir, Livan, Suriya və İraqda zəlzələ: 237 nəfər həyatını itirdi - VİDEO

Türkiyədə baş verən 7,4 bal gücündə zəlzələ Yaxın Şərqin bir çox ölkəsində güclü hiss olunub.
BAKU.WS "Anadolu" agentliyinə istinadən xəbər verir ki, zəlzələ əsasən Misir, Livan, Suriya və İraqda tələfatla nəticələnib.
Misirin paytaxtı Qahirə və ətrafında hiss edilən zəlzələ təxminən 30 saniyə davam edib və insanlarda böyük narahatlıq yaradıb.
Livanın paytaxtı Beyrut başda olmaqla digər şəhərlərdə də baş verən zəlzələ səbəbiylə evlərini tərk edən çox sayda insan gecəni maşınlarında keçirib.
İraqın paytaxtı Bağdad və Diyalada da hiss edilən zəlzələ nəticəsində insanlar can təhlükəsizliyi qorxusu ilə evlərini tərk ediblər.
Zəlzələ Suriyanın paytaxtı Dəməşq, Latakiya, Hələb və ölkənin şimalındakı bir çox bölgədə güclü hiss olunub. Suriya dövlət mediasının məlumatına görə, Hələb, Həma və Latakiyada baş verən zəlzələ nəticəsində 237 nəfər həyatını itirib. Həmçinin 600-dən çox insan yaralanıb.
Sosial şəbəkədə yayılan görüntülərdən məlum olur ki, Suriyanın şimalında bəzi bölgələrdə evlər dağılıb.
لا يمكن وصف المشهد في إدلب بعد الزلزال العنيف الذي ضرب المنطقة pic.twitter.com/e8BmnkUoVP
— ابو الهدى الحمصي (@aboalhodaalhoms) February 6, 2023
بقوة تخطت 7 ريختر.. زلزال مدمر يضرب #تركيا #القاهرة_الإخبارية pic.twitter.com/cbCU21aCtb
— AlQahera News (@Alqaheranewstv) February 6, 2023
حالة هلع في شمال #سوريا بعد #هزة_ارضية مصدرها #زلزال في تركيا pic.twitter.com/wi5jvrieZ9
— أحْداثَ المُحَرَّر 🏳️ (@FreedSyria) February 6, 2023
Oxşar xəbərlər
Dünya tarixində qeydə alınan 10 ən güclü zəlzələ - FOTO
Dünya tarixində elə zəlzələlər var ki, onların böyüklüyü və törətdiyi dağıntılar yaddaşlarda iz qoyub. Statistikaya görə, dünyada hər il təxminən 500 min zəlzəl...
