Mirzoyan: TRIPP layihəsinin tikintisi üçün Ermənistana üçüncü ölkənin dəstəyi zəruridir
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bəyan edib ki, TRIPP ("Trampın Marşrutu") layihəsinin tikinti mərhələsində İrəvana tərəfdaş qismində üçüncü ölkənin köməyi lazım olacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, o bunu Estoniya XİN başçısı Marqus Sahkna ilə birgə mətbuat konfransında bəyan edib.
"Biz ümid edirik ki, mümkün qədər tez növbəti mərhələyə - tikintiyə keçəcəyik. Məhz burada bizə üçüncü tərəfdaşlar lazım olacaq. Əlbəttə, müqavilə ikitərəfli olacaq - Ermənistan - ABŞ, lakin tərəfdaşlar bizə həm tikinti mərhələsində, həm də, çox güman ki, sistemlərin idarə olunması mərhələsində lazım olacaq", - Mirzoyan vurğulayıb.
Nazir əlavə edib ki, layihə üzərində iş intensiv rejimdə davam edir və iş sənədlərinin və hökumətlərarası sazişin razılaşdırılması mərhələsindədir.
Onun sözlərinə görə, heç kəs üçün sirr deyil ki, TRIPP ikitərəfli layihə olsa da, o, Çindən başlayaraq Portuqaliyaya qədər bir çox ölkələrin maraqları ilə şərtlənib.
"Onun bir ucu Azərbaycanla, digəri isə Naxçıvanla həmsərhəd olmalıdır, lakin məntiqi davamı Ermənistanın Türkiyəyə və Mərkəzi Asiya ölkələrinə dəmir yolu şəbəkəsidir", - o bəyan edib.
XİN başçısının sözlərinə görə, layihəyə Yaxın Şərq dövlətləri də maraq göstərir.
Oxşar xəbərlər
"Qaraheybət"də hərbi helikopterin qəzaya uğramasından 5 il ötür
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yer...