Mirzoyan isveçrəli həmkarı ilə Yaxın Şərqi müzakirə ediblər
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Berndə İsveçrənin vitse-prezidenti, Xarici İşlər üzrə Federal Departamentinin rəhbəri İqnazio Kassislə görüşüb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, həmsöhbətlər iki ölkə arasında siyasi dialoqun dinamik inkişafını və müxtəlif istiqamətlərdə tərəfdaşlığın gələcək inkişafına hazırlığı məmnuniyyətlə qeyd ediblər.
Mirzoyan və Kassis Cənubi Qafqaz və Yaxın Şərqdəki hadisələr ətrafında da fikir mübadiləsi aparıblar. Ermənistanın XİN rəhbəri İrəvan və Bakı arasında bərqərar olmuş sülhün daha da institusionallaşdırılmasına yönəlmiş addımları təqdim edib.
Onlar, həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.
Oxşar xəbərlər
Rusiyada Azərbaycana qarşı qarayaxma: Bakının xoş niyyətini anlamayan şovinistlər - ŞƏRH
Rusiya mediasını izləyənlər burada yeni anti-Azərbaycan kampaniyasının başladığını görə bilər. Mediadan başqa bu qarayaxma kampaniyası telegram-kanallarda, sosi...