Mirzoyan AŞ komissarı ilə İrəvan və Bakı arasında sülhün möhkəmləndirilməsini müzakirə edib
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Avropa Şurasının insan hüquqları üzrə komissarı Maykl O`Flaherti arasında görüş zamanı İrəvan və Bakı arasında sülh gündəliyi müzakirə edilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Tərəflər Avropa Şurası çərçivəsində əməkdaşlığın prioritet istiqamətləri, Ermənistan və Azərbaycan arasında bərqərar olan sülhün davamlı möhkəmləndirilməsinə yönəlmiş səylərə, eləcə də humanitar məsələlərə toxunublar.
A.Mirzoyan Ermənistanın iddialı demokratik islahatlar proqramının həyata keçirilməsinə sadiq olduqlarını vurğulayıb. Tərəflər həmçinin digər regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Oxşar xəbərlər
Rusiyanın Ermənistandakı hərbi bazasının yaxınlığında Fransa desantı
"2025-ci ilin avqustundan sonra Azərbaycan və Ermənistan faktiki olaraq münaqişənin yekun tənzimlənməsi məsələsində finiş xəttinə çıxmasına baxmayaraq, Parisdək...