Minlərlə insanın övladlığa götürmək istədiyi körpədən xəbər var! - Yeni adı və ailəsi - FOTO

Minlərlə insanın övladlığa götürmək istədiyi körpədən xəbər var! - Yeni adı və ailəsi - FOTO
Foto
Siyasət 320

Türkiyə və Suriyada minlərlə insanın ölümünə səbəb olan Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra dünyanın ən çox danışılan görüntülərindən biri də "möcüzə" adlandırılan suriyalı körpə Aya idi.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, tapılarkən göbək bağı hələ də anasına bağlı olan bu körpə indi yeni ailəsi ilə birlikdədir və ona ölən anasının adı verilib.

Zəlzələdən sonra axtarış-xilasetmə qrupları tərəfindən xilas edilən körpənin şəkli bütün dünyada əks-səda doğurub və zəlzələdə ümid simvoluna çevrilib.

Afrində xəstəxanaya aparılaraq müalicə olunan Ayanın anası, atası və özündən böyük 4 bacı-qardaşının dağıntılar altında öldüyü öyrəniləndə isə dünyanın hər yerindən minlərlə insan körpəni övladlığa götürmək istəyib.

Hətta iş o yerə gəlib ki, balaca qızcığazın yerləşdirildiyi xəstəxana qaçırılma təhlükəsi olduğu üçün balacanı xüsusi mühafizə altına almışdı. Bu günlərdə isə körpə DNT analizinin nəticəsinə əsasən yaşayan yeganə qohumuna, əmisinə verilib.

Zəlzələdən sonra möcüzə (Aya) ifadəsi ilə adlanan uşağı sahiblənən əmi açıqlamasında deyib ki, uşağa anası Afranın adı verilib:

"O, mənim uşaqlarımdan biridir. Öz övladlarımdan heç vaxt ayırmayacağam. Ailəsindən heç kəs həyatda deyil. O, atasının, anasının, bacı və qardaşlarının xatirəsini yaşadacaq".

Qeyd edək ki, Türkiyənin Kahramanmaraş vilayətində baş verən dəhşətli zəlzələ Suriyada 6 000-ə yaxın insanın həyatına son qoyub.

Son xəbərlər