MDB-nin Müşahidə Missiyası parlament seçkiləri ilə bağlı aralıq hesabatını yayıb
Müstəqil Dövlətlər Birliyinin Müşahidə Missiyası fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı aralıq hesabatını yayıb.
BAKU.WS xəbər verir ki, MDB İcraiyyə Komitəsinin saytında dərc olunmuş hesabat 19 yanvar-3 fevral dövrünü əhatə edir.
Hesabata görə, monitorinq çərçivəsində MDB-dən olan uzunmüddətli müşahidəçilər Bakı ilə yanaşı 21 rayon və şəhərdə seçki kampaniyasını izləyiblər və bu qənaətə gəliblər ki, bu sayda namizədin seçki kampaniyasında iştirakı seçki sisteminin açıq olduğunu, ölkədə siyasi plüralizm və seçicilər üçün real seçim imkanının olduğunu göstərir.
Hesabatda deyilir ki, seçki komissiyaları seçkilərin qanunvericiliyə uyğun şəkildə təşkili üçün bütün lazımi tədbirləri görür. Deputatlığa namizədlərə və siyasi partiyalara təbliğat aparmaq üçün bərabər şərait yaradılıb, namizədlər və onların nümayəndələri seçicilərlə aktiv görüşləri davam etdirirlər.
Təbliğat kampaniyasının sakit keçdiyini deyən müşahidəçilər hesab edirlər ki, bu, keçirilən dövr ərzində hər hansı ciddi qanun pozuntusunun olmadığını göstərir.
Missiya Mərkəzi Seçki Komissiyası, Baş Prokurorluq, Ali Məhkəmə və Daxili İşlər Nazirliyinə müraciət edərək seçki prosesinin pozulması ilə bağlı vətəndaşlardan daxil olan müraciətlər, onlara baxılmasının nəticələri haqqında məlumat verməyi xahiş edib. Cavablar öyrənildikdən və ümumiləşdirildikdən sonra müvafiq məlumat missiyanın yekun bəyanatında öz əksini tapacaq.
Hesabatda qeyd olunur ki, seçkilərdən sonrakı sənəddə missiya seçki kampaniyasının monitorinqinin nəticələri üzrə yekun rəyini açıqlayacaq.
Oxşar xəbərlər
Xarici müşahidə missiyası Azərbaycanda fəaliyyətə başladı
Şanxay Əməkdaşlıq Təşkilatından (ŞƏT) müşahidə missiyası fevralın 9-da Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərinə hazırlıq və birbaşa onun keç...