Los-Anceles yaxınlığında zəlzələ olub

Los-Anceles yaxınlığında zəlzələ olub
Siyasət 35

Los-Anceles (Kaliforniya) yaxınlığında 5,2 bal gücündə daha bir zəlzələ qeydə alınıb.

BAKU.WS xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Onun məlumatına görə, təbii fəlakətin episentri 373 min nəfərin yaşadığı Bakersfild şəhərindən 28 km cənubda və 20,8 min nəfər əhalisi olan Arvin şəhərindən 26 km cənub-qərbdə yerləşib. Yeraltı təkanlar təxminən 12 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Bundan əvvəl 4,5 bal gücündə zəlzələnin episentri Beykersfild şəhərindən 31 km cənubda olduğu bildirilmişdi.

Son xəbərlər