Azərbaycanda balıqların qiyməti bahalaşıb - SON QİYMƏTLƏR
"Ölkədə əhəmiyyətli həcmdə yetişdirilən çəkikimilərin nohur təsərrüfatlarından kütləvi satışı mövsümü başlamışdır, bundan başqa sentyabr ayından etibarən rəsmi balıq ovu mövsümünün açılması bazarlarda canlanmaya səbəb olub".
Bu barədə BAKU.WS-in sorğuauna cavab olaraq Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Balıqçılıq və Akvakultura Mərkəzindən bildirilib.
Qurumdan qeyd edilib ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı ilin sentyabr ayında balıq və balıq məhsullarının qiymətləri əvvəlki ayla müqayisədə 1,9% artıb:
"2025-ci ilin sentyabr ayı ilə müqayisədə qiymətlər 8,5%, 2026-cı ilin yanvar-sentyabr aylarında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,3% yüksəlib.
Ayrı-ayrı balıq növləri üzrə bazar məlumatlarına əsasən, 18 sentyabrda çəki balığının kiloqramı 6-8 manat, ağ amurun 8-10 manat, forelin isə 10-13 manat qiymətində təklif olunub. Oktyabrın 9-da isə çəki balığının kiloqramı 4-7 manat, ağ amur təxminən 7 manat, forel isə 9-12 manat qiymətində təqdim edilib.
Bu rəqəmlər çəki balığı, ağ amur və forel üzrə qiymətlərin aşağı düşməsi ehtimalını göstərsə də, eyni satış məntəqələri üzrə müqayisəli məlumatlar olmadığından ucuzlaşma rəsmi şəkildə təsdiqlənmir. Ümumilikdə, rəsmi statistik göstəricilər balıq və balıq məhsulları üzrə qiymət artımını təsdiqləyir, lakin ayrı-ayrı növlər üzrə bahalaşma və ucuzlaşmanın dəqiq müəyyən edilməsi üçün əlavə müqayisəli məlumatlar tələb olunur".
Orxan Hüseyn
Oxşar xəbərlər
Bəzi ərazilərdə su kəsiləcək
Şirvan şəhərinin bir sıra ərazilərində su təchizatında müvəqqəti məhdudiyyətlər olacaq. BAKU.WS xəbər verir ki, bu barədə Şirvan Şəhər İcra Hakimiyyəti məlumat...