MKA: Dövlət rəsmilərinin yaxınlarına qarşı kütləvi kiberdələduzluq cəhdləri müşahidə olunur

MKA: Dövlət rəsmilərinin yaxınlarına qarşı kütləvi kiberdələduzluq cəhdləri müşahidə olunur
Sosial 62

Son zamanlar ölkə ərazisində vətəndaşların, o cümlədən müxtəlif dövlət rəsmilərinin yaxınlarının hədəf alındığı kütləvi kiberdələduzluq cəhdləri müşahidə olunur.

BAKU.WS xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) məlumat yayıb.

Bildirilib ki, kiberdələduzlar müasir informasiya texnologiyalarından və sosial mühəndislik üsullarından (həmçinin, nömrələrin saxtalaşdırılması, psixoloji təsir, WhatsApp tətbiqi üzərindən zənglər və mesajlar, eləcə də süni intellekt vasitəsilə səs təqlidi) istifadə edərək vətəndaşları təşvişə salmağa, aldatmağa və maliyyə vəsaitlərini ələ keçirməyə çalışırlar.

Dələduzlar əsasən telefon zəngləri və WhatsApp platforması vasitəsilə özlərini dövlət qurumlarının və hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edərək təhdid yolu ilə, yaxud vətəndaşların valideynlərinə və ailə üzvlərinə zəng edib yaxınlarının təcili köməyə ehtiyacı olduğunu bildirərək psixoloji manipulyasiya və saxta keçidlər vasitəsilə fərdi və bank məlumatlarını ələ keçirirlər.

Milli Kibertəhlükəsizlik Agentliyi vətəndaşlara tövsiyə edir:

1. Sosial mühəndislik hücumları zamanı təşvişə qapılmayın və tələsik qərarlar verməyin.

2. Dövlət qurumlarının adından edilən şübhəli zəng və mesajlarla qarşılaşdıqda əlaqəni sonlandırın və müraciətin həqiqiliyini rəsmi mənbələrdən dəqiqləşdirin.

3. Bank kartı məlumatlarını, ikimərhələli təsdiqləmə (2FA) və SMS təsdiq kodlarını üçüncü şəxslərlə paylaşmayın.

4. Xüsusilə yaşlı ailə üzvlərinizi sosial mühəndislik üsulları və kiberdələduzluq halları barədə məlumatlandırın.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər