İlham Əliyevdən çox vacib fərman: Türk Ordusu Azərbaycana gəlir

İlham Əliyevdən çox vacib fərman: Türk Ordusu Azərbaycana gəlir
Siyasət 6389

Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında "Qızıl Şərq” hərbi şəhərciyində yerləşən bina və tikililərin, Hacı Zeynalabdin qəsəbəsindəki aerodromda yerləşən bir terminal binasının Türkiyə Silahlı Qüvvələri şəxsi heyətinin istifadəsi üçün ayrılması haqqında Protokolun təsdiq edilməsi barədə fərman imzalayıb.

Bu barədə BAKU.WS Prezidentin saytına istinadən məlumat verir.

Fərmanla Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında "Qızıl Şərq” hərbi şəhərciyində yerləşən bina və tikililərin, Hacı Zeynalabdin qəsəbəsindəki aerodromda yerləşən bir terminal binasının Türkiyə Silahlı Qüvvələri şəxsi heyətinin istifadəsi üçün ayrılması haqqında 2016-cı il iyunun 3-də Bakı şəhərində imzalanmış Protokol təsdiq edilib.

Azərbaycan Müdafiə Nazirliyinə bu Fərmanın 1-ci hissəsində göstərilən Protokolun müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərmək tapşırılıb.

BAKU.WS

Oxşar xəbərlər

Prezident Kəmaləddin Heydərova əlavə vəzifə verdi

Prezident Kəmaləddin Heydərova əlavə vəzifə verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın Azərbaycan Respublik...

9459 Siyasət 18:42 17 iyun 2016

Son xəbərlər