İki illik fasilədən sonra Davos Forumu həmişəki formatda keçiriləcək

Bu gün İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumu işinə başlayır.
BAKU.WS APA-ya istinadən bildirir ki, mayın 26-dək davam edəcək toplantı 2020-ci ildən bu yana ilk dəfə adi rejimdə keçiriləcək.
Rusiya nümayəndələri isə forumda iştirak etməyəcək. Siyasi və işgüzar elitanı bir araya gətirən forumda Ukraynadakı vəziyyət, təxirəsalınmaz humanitar məsələlər, təhlükəsizlik problemləri, pandemiyadan sonra iqtisadiyyatların bərpası, iqlim dəyişikliyi ilə mübarizə və dördüncü sənaye inqilabı texnologiyalarından istifadə məsələləri müzakirə olunacaq.
Ənənəvi olaraq yanvar-fevral aylarında təşkil olunan Davos İqtisadi Forumu koronavirus məhdudiyyətləri səbəbindən 2021 və 2022-ci ilin əvvəllərində yalnız onlayn formatda keçirilib.
Oxşar xəbərlər
Ukraynadakı müharibə bizim müharibəmizdir - Britaniya XİN başçısından TARİXİ ÇIXIŞ
Böyük Britaniyanın xarici işlər naziri Liz Trass paytaxt Londonda ölkənin alyanslara və kollektiv təhlükəsizliyə yeni yanaşmasını təsvir edən tarixi əhəmiyyətə...