İki Avropa lideri dünyanı yaxın saatlarda ayıq-sayıq olmağa ÇAĞIRDI
Böyük Britaniyanın baş naziri Boris Consonla Avropa Komissiyasının sədri Ursula fon der Lyayen arasında telefon danışığı baş tutub
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə baş nazirin Dauninq-strit 10 ünvanında yerləşən ofisinin yaydığı bəyanatda deyilir.
“Ukrayna sərhədindəki ağır vəziyyəti müzakirə edib və dünyanın yaxın saatlarda və günlərdə ayıq-sayıq qalması ilə bağlı razılığa gəliblər. Baş nazir bu günə qədər sanksiyalar məsələsində yaxın əməkdaşlığa görə sədr Ursula fon der Lyayenə təşəkkür edib və bildirib ki, Böyük Britaniya və Avropa İttifaqı Ukraynanın suverenliyini pozarsa, Rusiyanı cəzalandıracaq iqtisadi tədbirlər paketi üzərində müttəfiqlərlə işləməyə davam etməlidir”, - məlumatda deyilir.
Oxşar xəbərlər
Boris Conson COVID-19 qadağalarını pozduğu üçün üzr istədi
Böyük Britaniyanın Baş naziri Boris Conson karantin qaydalarını pozaraq “Dauninq-strit” yığıncağında iştirak etdiyini qəbul edib və bunun üçün üzr istəyib. BAKU...