İkardi Vanda Naranı tez unutdu - Yeni sevgilisi var - FOTO

İkardi Vanda Naranı tez unutdu - Yeni sevgilisi var - FOTO
Foto
Siyasət 330

Türkiyənin "Galatasaray" klubunda oynayan ulduz futbolçu İkardi model Vanda Nara ilə keşməkeşli evliliyin ardından yeni sevgiyə yelkən açıb.

BAKU.WS Haber Türk-ə istinadən xəbər verir ki, futbolçu argentinalı model Floppy Tesouro ilə eşq yaşayır.

İkilidən bu barədə rəsmi açıqlama verilməyib.

Argentina mətbuatında yer alan xəbərə görə, İkardi və Vanda Nara ayrıldıqdan sonra Mayamidə görüşərək münasibətlərinə bir şans daha vermək istəyiblər. Cütlüyün bu arzusu baş tutmayıb və onlar rəsmən boşanıblar.

Qeyd edək ki, məşhur modelin bir reperlə sevgili olduğu iddia edilir.

Son xəbərlər