Kadırov İlham Əliyevlə Zabitin görüşü haqqında və prezidentin jestindən yazdı (FOTO)

Kadırov İlham Əliyevlə Zabitin görüşü haqqında və prezidentin jestindən yazdı (FOTO)
Siyasət 6089

 

"Azərbaycan prezidenti İlham Əliyev əfsanəvi Azərbaycan idmançı Zabit Səmədovu qəbul edib. Zabit dünyanın ən yaxşı kikboksçularından biridir. "Axmet" kik-boksinq klubunun prezidenti, əziz qardaşım Zabit Səmədov öz Vətənini, Azərbaycan xalqını idman arenasında ləyaqətlə təmsil edir".

BAKU.WS-in məlumatına görə, bu barədə Çeçenistanın başçısı Ramzan Kadırov öz Instagram səhifəsində yazıb. O bildirib ki, Bakıda daha bir vacib hadisə oldu:

"Rusiyalı paralimpiyaçıların lisenziyalarının əllərindən alınaraq Azərbaycana 3 lisenziyanın təqdim edilməsi müsbət qarşılanmayıb və lisenziyaılar qəbul edilməyib. Heç şübhəsiz ki, bu jestin edilməsinə məhz Azərbaycan Prezidenti tərəfindən göstəriş verilib. İlham Əliyevin bu addımı tam aydın nümayiş etdirdi ki, onun Azərbaycan idmançılarına qoyduğu hörmət eyni ilə Rusiya idmançılarına da aiddir. Bu, bizim üçün çox xoşdur. Rusiyayla Azərbaycan arasında həmişə bütün sferalarda mehriban dostluq münasibətləri var".

R.Kadırov əlavə edib ki, Azərbaycan və Çeçenistan Respublikası arasında da əlaqələr qardaşlıq xarakteri daşıyır. Çeçen lider bu münasibətlərin yaxın gələcəkdə daha da möhkəmlənəcəyinə əmin olduğunu qeyd edib. Kadırov bunun üçün İlham Əliyevə səmimi təşəkkürlərini çatdırıb. 

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Ramzan Kadırov İlham Əliyevi Çeçenistana dəvət etdi

Ramzan Kadırov İlham Əliyevi Çeçenistana dəvət etdi

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Qroznıda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxulislam Allahşükür Paşazədəni qəbul edib. Bu...

2922 Siyasət 09:13 28 avqust 2016

Son xəbərlər