İstanbulda Ukrayna üzrə danışıqların başlanma vaxtı və yeri açıqlanıb
İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların günortadan sonra başlayacağı gözlənilir.
BAKU.WS xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
"Təxminən nahardan sonra" agentliyin mənbəsi bildirib.
***09:16
İstanbulda Ukrayna üzrə danışıqların Bakı vaxtı ilə saat 11 radələrində başlaması planlaşdırılır.
BAKU.WS xəbər verir ki, bu barədə TASS mənbəyə istinadən məlumat yayıb.
O da məlum olub ki, danışıqlar Türkiyə prezidentinin Dolmabahçe ofisində aparılacaq. 2022-ci ildə də orada danışıqlar aparılıb, lakin danışıqlar yarımçıq qalıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın özü də bu gün Ankarada olmağı planlaşdırır. Onun orada Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşü gözlənilir.
Oxşar xəbərlər
Heydər Əliyev Mərkəzi ABŞ bayrağının rəngləri ilə işıqlandırılıb
ABŞ səfirliyi Birləşmiş Ştatların müstəqilliyinin 250 illiyi münasibətilə Heydər Əliyev Mərkəzinin ölkə bayrağının qırmızı, ağ və mavi rəngləri ilə işıqlandırıl...