İsrail XİN rəhbəri Mikayıl Cabbarovu ölkəsinə dəvət edib

İsrail XİN rəhbəri Mikayıl Cabbarovu ölkəsinə dəvət edib
Siyasət 27

İsrailin xarici işlər naziri Gideon Saar Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovu İsrailə səfərə dəvət edib.

BAKU.WS report-a istinadən xəbər verir ki, nazir bunu Bakıda keçirilən Azərbaycan-İsrail biznes forumunda bildirib.

İsrailin XİN rəhbəri həmyerlilərini Azərbaycana səfərlərini artırmağa və ölkələr arasında turist mübadiləsində müsbət dinamikanı vurğulayıb.

O qeyd edib ki, 2025-ci ildə Azərbaycana İsraildən 60 min turist səfər edib ki, bu da əhəmiyyətli artımın göstəricisidir.

"Biz bu axını əhəmiyyətli dərəcədə artıra bilərik. Mən İsrail vətəndaşlarını yəhudilər və israillilər üçün gözəl və təhlükəsiz ölkə olan Azərbaycana daha çox gəlməyə çağırıram", - o deyib. G.Saar həmçinin qeyd edib ki, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi təxminən 50% artaraq 360 milyon ABŞ dollarını ötüb: "Əminəm ki, 2026-cı ildə bu göstəricilər daha da yüksək olacaq".

Son xəbərlər