İlham Əliyev Avropa Komissiyasının Prezidentini təbrik edib

Prezident İlham Əliyev Avropa Komissiyasının (AK) Prezidenti Ursula fon der Lyayeni yenidən bu vəzifəyə seçilməsi münasibətilə təbrik edib.
Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Təbrikdə deyilir:
"Avropa Komissiyasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.
Azərbaycan ilə Avropa İttifaqı arasında iqtisadi-ticari, nəqliyyat-kommunikasiya, təhlükəsizlik, xüsusilə də strateji xarakter daşıyan və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində vacib rol oynayan enerji sahəsində səmərəli tərəfdaşlıq əlaqələri mövcuddur.
Əminəm ki, Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın qarşılıqlı hörmət və bərabər hüquqlar əsasında hərtərəfli inkişafı istiqamətində bundan sonra birgə səylər göstərəcəyik.
Sizə ən xoş arzularımı çatdırır, Avropa Komissiyasının yeni tərkibdə qarşıdakı fəaliyyətinə uğurlar diləyirəm".
Oxşar xəbərlər
Qafqaz İslam Ordusu Bakını necə xilas etdi? - 107 il öncənin tarixi həqiqəti
"Qafqaz İslam Ordusu Azərbaycana gəlməsəydi, ölkədə ikinci Mart Soyqırımı törədiləcəkdi və Bakı əbədiyyən əlimizdən çıxacaqdı". Bu sözləri Baku TV-yə açıqlaması...
