Hikmət Mirzəyev Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ilə görüşüb
24
yan
2025
20:35
Azərbaycan müdafiə nazirinin müavini - Quru Qoşunları komandanı general-polkovnik Hikmət Mirzəyev Ankarada Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürakla görüşüb.
Bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb.
Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlu da görüşdə iştirak edib.
Qeyd edək ki, Hikmət Mirzəyev Türkiyədə rəsmi səfərdədir. Bundan öncə Azərbaycan nümayəndə heyəti Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlu ilə görüşüb.
Qalereya
Oxşar xəbərlər
Şahin Bağırov Şirvanda vətəndaşları qəbul edib
Bu gün Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Şirvan şəhərində vətəndaşları qəbul edib. BAKU.WS komitəyə istinadən xəbər verir ki, Ş. Bağırov Şirvan şəhə...