Həştərxan vilayətinin vitse-qubernatoru Fəxri xiyabanı ziyarət edib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda səfərdə olan Rusiya Federasiyasının Həştərxan vilayətinin vitse-qubernatoru - Həştərxan Vilayəti Hökumətinin sədri Denis Afanasyevin başçılıq etdiyi nümayəndə heyəti iyunun 25-də Fəxri xiyabanı ziyarət edib.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, nümayəndə heyəti əvvəlcə xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın xatirəsi yad edilib, məzarı üzərinə tər güllər düzülüb.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri qoyulub.
Həştərxan nümayəndə heyəti Fəxri xiyabanda Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin məzarını ziyarət edib, məzarı önünə tər güllər düzüb.
Qalereya
Oxşar xəbərlər
Zakir Həsənov helikopter qəzasına görə Yaşar Gülərə başsağlığı verib
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülərə başsağlığı verib. Bu barədə BAKU.WS-ə Müda...