Hərəkət məhdudiyyətli seçicilər üçün panduslar quraşdırılacaq
2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərlə əlaqədar hərəkət məhdudiyyəti olan vətəndaşların səs vermələri üçün lazımi şərait yaradılır.
BAKU.WS xəbər verir ki, bu barədə secki-2020.az saytına Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov məlumat verib.
Onun sözlərinə görə, ehtiyacı olan bütün məntəqələr xüsusi panduslarla təmin edilir:
“Bununla bağlı məntəqələrdə xüsusi panduslar quraşdırılır ki, hərəkət məhdudiyyəti olan seçicilər sərbəst şəkildə məntəqəyə daxil olaraq səsvermə hüququndan istifadə edə bilsinlər. Bütün bunlar diqqət mərkəzindədir və heç kəs diqqətdən kənarda qalmayacaq. Hərəkət məhdudiyyətli seçicilərin də səsvermə hüquqları var, onların bu hüquqları tanınır”.
Oxşar xəbərlər
Seçkilərdə gözdən əlil seçicilər üçün yenilik ediləcək
Milli Məclisə seçkilərdə gözdən əlil seçicilərin səs verməsi üçün Brayl əlifbası ilə seçki bülletenləri çap olunacaq. BAKU.WS xəbər verir ki, bu barədə secki-20...