Haluk Levent: “Paltarlar elə çirkli və səliqəsiz şəkildə göndərilib ki...” - VİDEO

Haluk Levent: “Paltarlar elə çirkli və səliqəsiz şəkildə göndərilib ki...” - VİDEO
Video
Siyasət 730

“Paltarlar elə çirkli və səliqəsiz şəkildə göndərilib ki... Biz bunları harada yuyaq? Harada ütüləyək? Buna görə də hamıdan xahiş edirəm, ikinci əl əşyalar, geyinilmiş paltarlar göndərməyin!”

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu sözləri müğənni Haluk Levent deyib. Sənətçi zəlzələ böləsindəki insanlar üçün göndərilən çirkli və geyinilmiş paltarların lazımsız olduğunu bildirib:

“Bəziləri deyir ki, zəlzələ bölgəsindəki insanlar üşüyürlər, göndərim mənim köynəyimi geyinsinlər. Yüzlərlə yeni paltar almağa imkanı olan insanlar var... Xahiş edirəm, belə etməyək dostlar...”.

Xatırladaq ki, fevralın 6-sı Türkiyənin 10 şəhərini əhatə edən 7,7 bal gücündə şiddətli zəlzələ baş verib. Təbii fəlakət kütləvi dağıntılara və insan tələfatına səbəb olub. Türkiyədə 3 ay fövqəladə vəziyyət elan olunub.

Son xəbərlər