Hadi Rəcəbli: Çox təəssüf edirəm ki, Milli Məclisə girib-çıxan adamların içində...
24
yan
2019
12:52
"Parlament jurnalistlərinə müraciət edirəm. Gəlin əməkdaşlıq edin. “Gop da olsa maraqlıdır” fikirləri ilə yaşayan insanlarımız var”.BAKU.WS modern.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hadi Rəcəbli deyib.Komitə sədri parlamentdə akkreditasiyadan keçən jurnalistlərə müraciətlə deyib:“Biz hər zaman jurnalistlərlə görüşürük. Parlament jurnalistlərinə müraciət edirəm ki, siz bizim yanımızda olmalısınız… Çox təəssüf edirəm ki, Milli Məclisə girib-çıxan adamların içərisində mənfur düşüncə ilə məşğul olanlar da var. Mən ad çəkmək istəmirəm. Bu binaya girib-çıxmaq etimadı qazanan insanların içində də cəmiyyətdə mənfi rəy yaradan, düzgün olmayan fikirlər səsləndirənlər var. Nə aydın deyil, gəlin müzakirə edək. Əlbəttə, problemsiz cəmiyyət yoxdur. Amma kütləyə təsir edən yalan informasiyalar yaymayın. Çox təəssüf!".BAKU.WS
Oxşar xəbərlər
Hadi Rəcəbli şəhid ailəsinə baş çəkdi
Milli Məclisin Əmək və Sosial-siyasət komitəsinin sədri Hadi Rəcəbli Lənkəranda, 2015-ci ildə şəhid olmuş zabit İqbal Əhmədovun ailəsinə baş cəkib.Dünya Azərbay...