Hadı Rəcəbli: "Prezidentin sərəncamları 30 min insanın sosial müdafiəsinin yaxşılaşdırılmasına yönəlib"
20
fev
2018
11:25
“Prezident İlham Əliyev şəhid ailələri, müharibə və 20 Yanvar əlillərinin müavinətinin artırılması ilə bağlı çox mühüm bir sərəncamlar imzalayıb. Sərəncamda həmin şəxslərə verilən müavinətlərin aylıq məbləğinin 2018-ci il martın 1-dən 10 faiz artırılması qeyd edilib. Bu sərəncam da təxminən 30 min insanın sosial müdafiəsinin yaxşılaşdırılmasına yönəlib”.BAKU.WS-in “Report”a istinadla xəbərinə görə, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi və Əmək və sosial siyasət komitəsinin birgə iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.Komitə sədri bildirib ki, şəhid ailələri, müharibə və 20 Yanvar əlillərinin sosial vəziyyətinin yaxşılaşdırılması hər zaman Prezident İlham Əliyevin diqqətindədir.BAKU.WS
Oxşar xəbərlər
Əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı SƏRƏNCAM
Prezident İlham Əliyev əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.BAKU.WS-in məlumatına görə, bir sıra so...