Xadimə, qabyuyan və fəhlələrin qara günləri başlayır - Hadi Rəcəblinin təklifi var
31
may
2018
10:17
"Bu gün bizim sosial sığorta sistemində ən ağrılı tərəf odur ki, sığortaya cəlb olunmayan qeyri-formal məşğulluq var".BAKU.WS sputnik.az-a istinadən xəbər verir ki, bunu bu gün keçirilən Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin iclasında "Məşğulluq haqqında" qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Hadi Rəcəbli deyib.Komitə sədri bildirib ki, dünyada da bu məsələ mövcuddur və təxminən 60 faizdir: "Nəyə görə gizlədirlər? Ona görə gizlədirlər ki, işəgötürən 22 faiz əməkhaqqı fondundan pul ödəyir. O da gəlib düşür onun məhsulunun maya dəyərinə. 3 faiz vətəndaş pul verir, 22 faiz işəgötürən pul verir. Düşünürəm ki, biz gələcəkdə burada başqa addımlar da ata bilərik. Bizim əsas məqsədimiz işəgötürənə, sahibkara dəstək olmaqdır. Çünki orta və kiçik sahibkarlıq inkişaf etməsə, iş yerləri yaradılmayacaq".BAKU.WS
Oxşar xəbərlər
Hadı Rəcəbli: "Prezidentin sərəncamları 30 min insanın sosial müdafiəsinin yaxşılaşdırılmasına yönəlib"
“Prezident İlham Əliyev şəhid ailələri, müharibə və 20 Yanvar əlillərinin müavinətinin artırılması ilə bağlı çox mühüm bir sərəncamlar imzalayıb. Sərəncamda həm...