"Haber Global" İlham Əliyevin Münxendə panel müzakirələrində iştirakı ilə bağlı videomaterial hazırlayıb
Türkiyənin "Haber Global" telekanalı Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi" mövzusunda keçirilən panel müzakirələrində çıxışı əsasında videomaterial hazırlayıb.
BAKU.WS xəbər verir ki, materialda dövlət başçısının Azərbaycanla Ermənistan arasında sülh prosesi ilə bağlı səsləndirdiyi fikirlər izləyicilərin diqqətinə çatdırılıb.
Azərbaycan Prezidentinin sərhəddə yeni vəziyyət yarandığına və heç bir problemin müşahidə olunmadığına diqqət çəkməsi xüsusi vurğulanıb.
Qeyd olunub ki, Prezident İlham Əliyev erməni nümayəndənin həqiqəti əks etdirməyən sualına tutarlı cavab verib. Bildirilib ki, dövlət başçısı Ermənistan Konstitusiyasından müstəqillik bəyannaməsinin çıxarılmasının sülh müqaviləsinin imzalanması üçün yeganə ilkin şərt olduğunu deyib.
Videomaterialda Prezidentin türk dünyası üçün mühüm əhəmiyyətə malik Zəngəzur dəhlizi və TRIPP layihəsi barədə fikirlərinə də yer verilib.
Daha ətraflı videoda:
Oxşar xəbərlər
İranın səfiri: Yardım karvanı Azərbaycan hökumətinin və xalqının həmrəyliyini göstərir
İranın Azərbaycandakı səfiri Müctəba Dərmiçilu göstərdiyi həmrəylik və dəstəyə görə Azərbaycana təşəkkür edib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, o bu...