Gürcüstanın bir hissəsi Rusiyaya birləşdirilir

Gürcüstanın bir hissəsi Rusiyaya birləşdirilir
Siyasət 7538
 

Gürcüstandan müstəqilliyini birtərəfli qaydada elan etmiş və tanınmayan Cənubi Osetiya Rusiya Federasiyasına birləşmək barədə 2017-ci ilə planlaşdırılan prezident seçkilərindən sonra referendum keçirməyi nəzərdə tutur.

Virtualaz.org "RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu jurnalistlərə qondarma respublikanın parlament sədri Anatoli Biblov bildirib.

"Cənubi Osetiya xalqının Rusiyanın tərkibinə daxil olmaq arzusu sirr deyil. Respublikanın prezidenti ilə razılıq əldə olunub və anlayırıq ki, referendum 2017-ci il seçkilərindən sonra baş tutmalıdır”, - Bibilov deyib.

O əlavə edib ki, şübhəsiz, bu məsələdə Rusiya ilə məsləhətləşmələr aparılacaq, belə ki, "məsələ bilavasitə Rusiyaya da aiddir”. Spiker bildirib ki, Rusiya qanunları bunu etməyə imkan verir, lakin hər şey həm də beynəlxalq vəziyyətdən asılıdır.

BAKU.WS

Oxşar xəbərlər

Rusiyanın yük maşınları Ermənistana hərbi texnika daşıyır (VİDEO)

Rusiyanın yük maşınları Ermənistana hərbi texnika daşıyır (VİDEO)

Gürcüstanın müxalif "Vahid Milli Hərəkat” partiyasının nümayəndələri ötən gün martın 22-də jurnalistlərə bildiriblər ki, Bolnisi regionunda Ermənistana hərbi te...

28069 Hadisə 12:18 23 mart 2017

Son xəbərlər