“Günün Yekunu” - 5 iyul 2019
05
iyl
2019
22:00
Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.BAKU.WS xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları iyunun 28-dən iyulun 4-dək çimərlik ərazilərində növbəti monitorinqlər keçirib, dəniz suyundan nümunələr götürüb, mikrobioloji təhlillər aparıblar.Analizlərin nəticələrinə görə Bakı və Abşeron yarımadasında Bilgəh, Nardaran, Buzovna, Mərdəkan, Şüvəlan, Zaqulba, Pirşağı çimərlik ərazilərində dəniz suyu çimərlik məqsədilə istifadəyə uyğundur.Digər nəticələrlə bu linkdən tanış ola bilərsiniz - https://baku.ws/social/65419Prezident İlham Əliyev xalq artisti Məmmədsəfa Qasımova üçotaqlı mənzil hədiyyə edib.Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/65428
Bakının Pirallahı rayonunda 306 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksi iyulun 5-də istifadəyə verilib.Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yaşayış kompleksinin açılışında iştirak ediblər.Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/hot_news/65435
Bakıya turist kimi gələn İraq vətəndaşı ölüb. Hadisə Nəsimi rayonu, M.Araz küçəsində yerləşən "Ramada" otelində baş verib.Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/65437 Azərbaycanın 1-ci Prezidenti Ayaz Mütəllibovun həyat yoldaşı Ədibə Mütəllibovanın yas mərasiminin təşkilati məsələlərini Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fond öz üzərinə götürüb.Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/65451
Azərbaycan şikayət edib, Dağlıq Qarabağda beynəlxalq ödəniş kartları ilə əməliyyatlar dayandırılıb.Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) maliyyə bazarları, o cümlədən ödəniş sistemləri sahəsində həyata keçirdiyi tənzimləmə və nəzarət çərçivəsində Azərbaycanın işğal altında olan ərazilərində fəaliyyət göstərən banklar tərəfindən beynəlxalq kart təşkilatlarının brendini daşıyan ödəniş kartlarına xidmət göstərilməsi faktları müəyyən edilib.Qondarma Dağlıq Qarabağ respublikasının maliyyə nazirliyinin rəsmi internet səhifəsi üzərindən maddi yardımın toplanılması faktı aşkarlanıb.Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/economy/65461
Daxili İşlər nazirinin birinci müavini vəzifəsinə təyinat olub.
Prezident İlham Əliyevin sərəncamı ilə bu vəzifəyə polis general-mayoru Seyfulla Əzimov təyin edilib. Daha ətraflı: https://baku.ws/politics/65469
Oxşar xəbərlər
Prezident İlham Əliyev məcburi köçkünlər üçün salınan yeni yaşayış kompleksində - FOTO
Bakının Pirallahı rayonunda 306 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksi iyulun 5-də istifadəyə verilib.BAKU.WS xəbər verir ki, Azərbaycan Resp...