"Pulsuzdur deyə burda çimirik, öləndə öləcəyik" - Şıx çimərliyindən REPORTAJ - VİDEO

Pulsuzdur deyə burda çimirik, öləndə öləcəyik - Şıx çimərliyindən REPORTAJ - VİDEO
Video
Şou-biznes 2029
Azərbaycanda bir sıra çimərliklərin çirkli, istifadəyə yararsız olması rəsmən bəyan edilsə, bir çoxları hələ də həmin çimərliklərə üz tutur.BAKU.WS report-a istinadən xəbər verir ki, Şıx çimərliyindəki yetərincə insan gözə dəyirdi. Uşaqlı-böyüklü hər kəs halından məmnun görünürdü.Onlardan bir neçəsi bu ərazinin çimərlik kimi yararsızlığı barədə eşitmədiklərini, həmişə bu çimərliyə gəldiklərini bildirib. Bəziləri isə dənizin bir olduğunu, bir hissəsinin yararlı, bir hissəsinin yararsız olmasını məntiqsiz adlandırdı:“Pullu yerlərdə çimmək olar, amma pulsuz yerlərin suyu yaxşı deyil? Öləndə öləcəyik. Su eyni sudur. Hamının pulu yoxdur ki, girişinə 10-15 manat verib çimsin. Bura pulsuzdur deyə gəlib burda çimirik. Ərazidə heç bir qadağanedici nişan da yoxdur. Bəlkə siz görmüsüz, amma mən görmədim”.Ərazi plastik qablar, sellofan torbalarla dolu idi. Nə bir zibilqabı, nə də zibilatma qaydasına əməl edən vardı. Zibillər də küləyin ümidinə qalmışdı...Xatırladaq ki, çimərlik mövsümünün başlanması ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələri ilə birgə çimərlik sahələrində monitorinqlər keçirib, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparıb. Analizlərin nəticələrinə görə Türkan, Hövsan, Şıx, Sahil qəsəbəsinin və Sumqayıtın çimərliklərində zərərli maddələrin miqdarı normadan artıqdır. Bu səbəbdən vətəndaşların qeyd olunan çimərliklərdən istifadə etmələri məqsədəuyğun hesab edilmir. Bilgəh, Mərdəkan, Nardaran, Novxanı, Pirşağı, Zaqulba, Şüvəlan və Buzovna çimərlikləri isə analizlərin nəticələrinə görə çimərlik kimi istifadəyə yararlıdır.

Oxşar xəbərlər

Son xəbərlər