Çimərliklərdə giriş niyə ödənişlidir? – VİDEO

Çimərliklərdə giriş niyə ödənişlidir? – VİDEO
Video
Video 2205
Havalar isinib, artıq yeni dəniz mövsümü də başlayıb. Hər kəs üz tutur dənizə. Amma dənizə gələrkən, seçim etməlisən. Pullu və pulsuz çimərliklər. Bəli, elə çimərliklər var ki, o çimərliyin qapısından girmək belə pulludur. Qiymət isə 5, 10, 15, hətta 20 manat.ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.Çəkiliş apardığımız “Şıxov” çimərliyində ümumiyyətlə ödənişsiz çimərlik qalmayıb. Yol boyu hasara alınaraq özəl çimərlik xidmətləri göstərilir. Ərazidə cəmi 1 yerdə ictimai çimərlik var ki, ona da giriş 1 manatdır.Sakin: “Dəniz məgər gömrükdür şlaqbaun qoysunlar. Dəniz Allahın bizə vergisidir. Bütün dünyanın hər yerindən gəlirlər. Gəlib orda o şlaqbaunu görsə gedib orda nə deyəcəklər”.Sakin: “Dənizə hec bir maneəçilik olmaz. Insanlar girməlidir. Pul alınmamalıdır”.Çingiz İsmayilov - Ekoloq: “Əsasən servisə ödənişlər ödənilir. Ancaq sahilə bəlkə hər hansı bir sakin gedib sahildə oturub dənizə baxmaq istəyir. nəfəs almaq istəyir. yəni bu qətiyyən qəbul edilməzdir”.Rəhman Quliyev - Turizm Üzrə Ekspert: “Özəl çimərliklər onsuz da özəldir. Orada xidmətlər daha yüksəkdir. Orada xüsusi yerlər ayrılıb, xüsusi besetkalar tikilib. Təbii ki, bu pulla satılır. Bir az da yüksək məbləğə satılır. Bir ailədə 5-6 nəfər olur. Bu ailə çimərliyə getdikdə, 5 manatdan ödədikdə, bu 30 manat edir. Burda 30 manat böyük puldur”.Amma girişi pulsuz, xidmətləri pullu olan çimərliklər də var. Bura gəlib, dənizdə çimib, qumda uzana bilərsən. Ödənişi isə istifadə etdiyin xidmətlərə görə edirsən. Bu da ki məcburi deyil.İbrahim Novruzov – Administrator: “Gələn vətəndaşlar keçib qumdan dənizdən tam istifadə edə bilərlər. Bizim xidmətlərimizdən istifadə etdiyi zaman biz ondan pul alırıq”.Dövlət Turizm Agentliyi bu ildən çimərliklərdə monitorinqlərə başlayıb. Məqsəd insanların çimərliklərə pulsuz girişini təmin etmək və özəl çimərliklərin sayını azaltmaqdır.Kənan Quluzadə - Dövlət Turizm Agentliyinin Mətbuat Katibi: “Monitorinq Azərbaycanda bütün çimərlikləri əhatə edəcək. Biz həm çimərliklərin vəziyətini həm də göstərilən xidmətləri müəyyən etmək istəyirik. Biz onun tərəfdarıyıq ki, azərbaycanda çimərliklər ictimai olmalıdır. Giriş pulsuz olmalıdır”Monitorinqin nəticəsindən asılı olaraq bəzi özəl çimərliklərin bağlanması üçün vəsatət qaldırıla bilər.

Oxşar xəbərlər

Son xəbərlər