"Günün Yekunu" - 15 avqust 2019
15
avq
2019
22:00
Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.BAKU.WS xəbər verir ki, bu gün Azərbaycanın milli valyutası - manatın dövriyyəyə buraxılmasından 27 il keçir.Ötən əsrin sonunda müstəqillik əldə edən Azərbaycanda milli pul vahidinin yaradılmasının əsası o vaxtkı prezident Əbülfəz Elçibəyin 15 iyul 1992-ci il tarixli “Milli valyutanın dövriyyəyə buraxılması haqqında” fərmanı ilə qoyulub.Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/economy/67748
Avqustun 15-dən ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçimi aparılır.Həmin yerlərə ixtisas seçimi avqustun 15-dən 19-dək internet vasitəsilə aparılacaq.Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/education/67753
Telejurnalist Elyar Sadıqovun yeni doğulmuş körpələri vəfat edib.12 avqustdan 13 avqusta keçən gecədə Respublika Perinatal Mərkəzində dünyaya gələn üçəmlərdən ikisinin ömrü yarım gün sürüb.Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/67762
ABŞ-ın Filadelfiya şəhərində bir nəfər polislərlə atışıb. Silahlı şəxs evinin qarşısında barrikada quraraq polislərə müqavimət göstərib.O, atışma zamanı 6 polisi yaralayıb.Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/dunya/67763
Dünən Azərbaycan prezidenti İlham Əliyev “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanunu təsdiqləyib. Bu qanunun təsdiqi ilə əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat müəyyən olunub.İqtisadçı ekspert Vüqar Bayramov sözügedən sərəncamı şərh edib.Açıqlamanı bu linkdən oxuya bilərsiniz - https://baku.ws/economy/67778
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə məktub ünvanlayıb.Məktubu bu linkdən oxuya bilərsiniz - https://baku.ws/hot_news/67780
“Dəfələrlə böhtan ataraq məni FETO-çu adlandıran Sərdar Cəlaloğlu bunu sübut etməsə, namussuzdur, nakişidir”.Bu sözləri deputat Fazil Mustafa “Facebook” profilində yazıb.ADP sədrinin onu FETO-çu adlandırmasına sərt reaksiya verən millət vəkili bu cür iddiada olanlara qısa və açıq mesaj göndərdiyini bildirib.Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/67796
Oxşar xəbərlər
Ağdamın işğalı, Boris Conson... Günün Yekunu - 23 iyul 2019
Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.BAKU.WS xəbər verir ki, bu gün Azərbaycan...