SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ-ın Filadelfiya şəhərində bir nəfər polislərlə atışıb.

BAKU.WS “СNN Türk”ə istinadən xəbər verir ki, silahlı şəxs evinin qarşısında barrikada quraraq polislərə müqavimət göstərib.

O, atışma zamanı 6 polisi yaralayıb. Hadisə yerinə gedən 2 polis isə qəzaya düşüb. Silahlı şəxs atışma zamanı “Facebook”da canlı yayım da edib.

Cinayətkar saatlar sonra təslim olub.

Hadisənin səbəbi hələlik bilinmir.

Qeyd edək ki, ABŞ-da son 2 həftədə 3 silahlı hücumda azı 29 nəfər ölüb.

Fərid ƏDALƏT
BAKU.WS
VİDEO