İrəvanda polis ilə silahlı dəstə arasında atışma olub, 3 nəfər yaralanıb

İrəvanda polis ilə silahlı dəstə arasında atışma olub, 3 nəfər yaralanıb
Hadisə 1392

 

İyulun 17-də polis post-patrul xidməti alayının binasını ələ keçirən silahlı dəstənin iki üzvü - Qaqik Yeqiazaryan və Aram Akopyan hüquq-mühafizə orqanlarına təslim olub.

BAKU.WS "Report"-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Polisinin mətbuat katibi Aşot Aqaronyan məlumat verib.

Onun sözlərinə görə, atışma baş verib, nəticədə 1 polis, həmçinin "Sasna tsrer" qruplaşmasının üzvləri Pavel Manukyan və oğlu Aram yaralanıb. Hər üç nəfər xəstəxanaya yerləşdirilib.

"Hazırda atışma dayanıb, silahlı qrup üzvlərinin təhvil verilməsi prosesinin başa çatdırılması üçün danışıqlar aparılır", - deyə Aqaronyan bildirib.

BAKU.WS

Son xəbərlər