İrəvanda silahlar işə düşdü: Polis etirazçılara atəş açdı – CANLI YAYIM
İrəvanda silahlı qrup tərəfindən ələ keçirilmiş polis bölməsində polis əməkdaşları və nümayişçilər arasında toqquşmalar başlayıb. Ərazidə atəş səsləri eşidilir. Nümayişçilər polis əməkdaşlarını daşa basırlar.
BAKU.WS xəbər verir ki, polis aksiyanı dağöıtmaq üçün suilaha əl atıb. Etirazçlılara qarşı gözyaşardıcı qazdan, səs bombasından istifadə olunur. Yaralılar olduğu bildirilir. Amma onların sayə barədə açıqlama verilmir.
Qeyd edək ki, artıq 4-cü gündür ki, silahlı qruplaşma Ermənistan Polisinin patrul-mühafizə alayının Erebuni rayonunda yerləşən binasını nəzarətdə saxlayır. Onlar polis tərəfindən saxlanılmış Qarabağ müharibəsi veteranı Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb ediblər. Dünən İrəvanda polis və mülki vətəndaşlar arasında baş vermiş toqquşmalar nəticəsində isə 4 polis əməkdaşı yaralanıb. Silahlılar hazırda 4 nəfəri girov saxlayır.
BAKU.WS
Oxşar xəbərlər
Ermənistanda qiyam həyəcanı: snayperlər damlara yerləşdirildi
Ermənistanda silahlı qrupun polis bölməsinin binasına hücum etməsi nəticəsində hər iki tərəfdən də yaralananlar var. BAKU.WS-in məlumatına görə, hücumu təşkil...