Ermənistanda qiyam başladı: polis bölməsi ələ keçirildi

Ermənistanda qiyam başladı: polis bölməsi ələ keçirildi
Hadisə 7255

Ermənistanda silahlı qrup polis bölməsinin binasına hücum edib. ANS PRESS-in "RİA Novosti"yə istinadla verdiyi məlumata görə, hadisə paytaxt İrəvanın yaxınlığında, Erebuni rayonunda baş verib. Bir qrup silahlı şəxs binaya daxil olaraq onu ələ keçirib. 

Onlar qanunsuz silah saxlamaqda ittiham edilərək həbs edilən "Şuşa” batalyonunun komandiri, keçmiş səhra komandiri, radikal müxalifətçi Jirayr Sefilyan azad edilməsini tələb edirlər. 

Binanın ərazisinə hərbçilər gətirilib. Polisin mətbuat xidmətinin rəhbəri Aşot Aqaronyan yaxın saatlarda rəsmi açıqlama yayacaqlarını elan edib. 

Hazırda polis adıçəkilən rayona aparan bütün yolları bağlayıb. 

"Şuşa” batalyonunun komandiri Jirayr Sefilyan iyunun 20-də Ermənistanda dövlət çevrilişinə cəhddə ittiham edilərək həbs edilərək həbs edilib. ANS PRESS-in məlumatına görə, bu barədə erməni mətbuatı məlumat yayıb. 

Keçmiş səhra komandiri, radikal müxalifətçi Jirayr Sefilyanın evində və onun rəhbəri olduğu "Əlahiddə Şuşa batalyonu veteranları” ictimai birliyinin ofisində də axtarış olub. 

Keçmiş komandir, siyasi xadim silah-sursat əldə etmək, onların daşınmasını təmin etmək və qanunsuz saxlama ittihamları ilə saxlanılıb. 

Jirayr Sefilyan aprel döyüşlərindən sonra Azərbaycan ordusunun təkcə təmas xəttinin şimal-şərq, Ağdərə-Tərtər istiqamətində 7 milyon kvadratmetr ərazini geri ala bildiyini demişdi. "Yoxsa Azərbaycan yaxın vaxtlarda bizə böyük zərbə vuracaq, 2-5 aprel hadisələri hələ başlanğıc olacaq”, - o bildirmişdi. 

BAKU.WS

Oxşar xəbərlər

Erməni general Sərkisyanı hədələdi: “Tezliklə müharibə başlayacaq...”

Erməni general Sərkisyanı hədələdi: “Tezliklə müharibə başlayacaq...”

Qarabağda daha bir keçmiş səhra komandiri Ermənistan hakimiyyətini işğal edilmiş ərazilərin qaytarılması cəhdinin hərbi qiyama səbəb olacağı ilə hədələyib. BAK...

2084 Siyasət 12:09 09 iyul 2016

Son xəbərlər